ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlandı

  • 04.11.2020, 16:20,
  • Dünya
  • Baxılıb: 47
ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlandı

ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Respublikaçı Tramp gözlənildiyi kimi İndiana, Kentukki və Nyu-Hempşir ştatlarında liderlik edir. İndianada bülletenlərin 1%-nin hesablanmasından sonra o, 72% səs toplayıb. Kentukkidə isə Tramp 10 minə yaxın, onun rəqibi – Demokrat Cozef Bayden 2,8 min səs toplaya bilib.

Nyu-Hepşirdə səslərin hesablanması yenicə başlayıb. Hazırda Trampın 16, Baydenin 10 səsi var.

Qeyd edək ki, ABŞ-da ilk seçki məntəqləri İndiana və Kentukkidə bağlanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter