Qırğızıstanda prezident və parlament seçkiləri bu tarixlərdə keçirilə bilər

  • 16.10.2020, 09:55,
  • Dünya
  • Baxılıb: 18
Qırğızıstanda prezident və parlament seçkiləri bu tarixlərdə keçirilə bilər

Qırğızıstanda təkrar parlament seçkiləri 20 dekabrda, erkən prezident seçkiləri isə 17 yanvar 2021-ci il tarixində keçiriləcək.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “TASS” agentliyinə respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şildabekova məlumat verib.

“Erkən prezident seçkilərini parlament təyin edəcək”, - deyə o qeyd edib.

MSK rəhbərinin sözlərinə görə, qanuna əsasən seçkilər dövlət başçısının istefasından sonra üç ay ərzində keçirilməlidir: “Bu, şərti olaraq 17 yanvar tarixinə düşür”.

Şildabekova bildirib ki, təkrar parlament seçkiləri mövcud qanunvericiliyə əsasən iki ay ərzində keçirilir, tarixi Mərkəzi Seçki Komissiyası müəyyən edir: “Parlament seçkilərinin 20 dekabrda keçirilməsi planlaşdırılır”.

Xatırladaq ki, MSK 4 oktyabrda ölkədə keçirilən parlament seçkilərini 2 gün sonra etibarsız elan etmişdi. 15 oktyabrda isə Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov respublikadakı mitinqlər və etirazlardan sonra istefa verdiyini açıqlamışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter