Prezident Qətər Əmiri ilə görüşdü - Fotolar+Video - Yenilənib

  • 15.10.2026, 17:00,
  • Siyasət
  • Baxılıb: 5
Prezident Qətər Əmiri ilə görüşdü - Fotolar+Video - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
****

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Qəbula görə dövlət başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu deyib.

Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.

Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunublar.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter