Xocalı qatili Seyran Ohanyan və oğlu Qarabağda yaralanıb
- 07.11.2020, 08:25,
- Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Şuşa uğrunda şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyiblər.
Qeyd edəkl ki, bundan əvvəl isə Ohanyanın Şuşanın hərbi komendantı “təyin edilməsi” məlum olub.
Xatırladaq ki, Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.
Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.“O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.
Daha əvvəl Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.
