Seyran Ohanyanın oğlu döyüşlərdə yaralanıb
- 09.10.2020, 16:50,
- Dünya
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağdakı döyüş əməliyyatları zamanı yaralanıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ohanyanın vəkili Karen Mezhlumyan məlumat yayıb.
“Yaralı idi, indi Qarabağdakı xəstəxanalardan birindədir. Başqa təfərrüatları deyə bilmərəm”,- deyə Mezhlumyan qeyd edib.
Onun hazırki vəziyyəti və nə vaxt yaralandığı barədə açıqlama verilməyib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan sentyabrın 29-da Dağlıq Qarabağa getmişdi.