Xocalı qətliamının iştirakçısı yaralandı, oğlu məhv edildi
- 16.10.2020, 14:20,
- Dünya
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Günlərdir Dağlıq Qarabağda davam edən döyüşlərə qatılan işğalçı Ermənistanın keçmiş deputatı Rüstəm Qasparyan yaralanıb, oğlu isə məhv edilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Araik Aqababyan “News.am” saytına məlumat verib.
O bildirib ki, əməliyyat olunan Qasparyanın vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Qasparyan birinci Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı çox vəhşiliklərə imza atıb. O cümlədən Xocalı qətliamının iştirakçılarından olub. "Qara qaplan" adlı terror qruplaşmasının başçısı olub.
İşğalçı ölkənin “Hraparak” qəzetinin iyulda yaydığı məlumata görə, həmin ayın 5-də, "Tovuz hadisələri"ndən sonra Rustam Qasparyan Armavirdə "Qara qaplan" təşkilatının toplantısını keçirib, "Qara qaplan"ı yenidən yaratdığını bəyan edib. Qarabağda hərbi əməliyatlar başlayandan sonra oğlu ilə birlikdə Qarabağa gəlib.