Rayonlarda koronavirusla bağlı vəziyyət necədir?

  • 29.06.2020, 09:40,
  • Xəbər
  • Baxılıb: 16
Rayonlarda koronavirusla bağlı vəziyyət necədir?












TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.

Ölkə üzrə Bakı və Abşeron yarımadasına nəzər saldıqda Abşeronda 15,8%, Bakıda isə 53,4% yoluxma halı var.

Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter