Koronavirusla bağlı son rəqəmlər - Video
- 05.05.2020, 00:14,
- Gündəm
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 212 ölkəsində 3 567 001 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı milyonu, ölənlərin sayı isə 248 mini keçib.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayından təqribən 3 dəfə çoxdur.
Belə ki, ölkədə 466 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 19-nun vəziyyəti ağır, 26-nın orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 25 nəfər virus səbəbindən həyatını itirib, 1441 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə yoluxma halı milyonu keçib. İspaniyada sağalanların sayında müsbət dinamika müşahidə olunur. Belə ki, Avropada ən çox sağalma halı bu ölkədədir: 148 min. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 28 mini ötüb.
Qonşu Türkiyədə yoluxma sayı artıq 126 mindir. İranda koronavirusdan sağalanların sayı hər ötən gün daha da artır. Ölkədə 78 mindən çox xəstə sağalıb. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 26 min aktiv xəstə var.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
