Paşinyanın partiyası seçkilərdə qalib gəldi - Yenilənib

  • 08.06.2026, 10:00,
  • Xəbər
  • Baxılıb: 3
Paşinyanın partiyası seçkilərdə qalib gəldi - Yenilənib

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası yayıb.

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku 23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb.

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib.

Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.
****

09:00-a olan məlumata görə, Ermənistan MSK 1963 seçki məntəqəsinin səslərini hesablayıb.

Yeni nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,83 faizini toplayıb və liderliyini qoruyur.

“Güclü Ermənistan” bloku 23,35%, “Ermənistan” bloku 9,93%, “Çiçəklənən Ermənistan” partiyası isə 3,98% səs toplayıb.
****

Ermənistan MSK bütün seçki məntəqələrindəki bülletenləri hesablayıb.

İlkin nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası 49,81%, “Güclü Ermənistan” bloku 23,29%, “Ermənistan” bloku 9,94%, “Çiçəklənən Ermənistan” partiyası isə 4% səs toplayıb.

Bununla da, parlamentdə hər 4 siyasi qüvvənin təmsil olunacağı dəqiqləşib.

Siyasi qüvvələrin qazandığı mandatlar aşağıdakı kimi bölüşdürüləcək:

“Vətəndaş müqaviləsi” partiyası - 61 mandat

“Güclü Ermənistan” bloku - 28 mandat

“Ermənistan” bloku - 11 mandat

“Çiçəklənən Ermənistan” partiyası - 5 mandat.


4 ən böyük milli azlıq üçün nəzərdə tutulan 4 mandatdan üçü Baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasına, biri isə “Güclü Ermənistan” blokuna düşüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter