Gürcüstanda səslərin 90.56 faizi sayılıb - Yenilənib
- 01.11.2020, 13:30,
- Xəbər
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 80.22%-nin hesablandığını açıqlayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu saata olan göstəriciyə əsasən, hakim “Gürcü arzusu” partiyası səslərin 48.34%-ni toplayıb.
İlkin məlumatlara görə, “Gürcü arzusu” ilə birlikdə doqquz partiya parlamentə gedir:Birləşmiş Milli Hərəkatın yaratdığı “Güc birlikdədir” bloku – 26.43%
“Avropa Gürcüstanı” (David Bakradze) - 3,78%
“Lelo” (Mamuka Xazaradze) - 3,26%
“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) - 3,2%
“Giorgi Vaşadze – Aqmaşenebeli strategiyası” - 3.16%
“Qirçi” (Zurab Caparidze) – 3.06 %
“Vətəndaşlar” (Aleko Elisaşvili) - 1,4%
İşçi Partiyası (Şalva Natelaşvili) - 1% Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Nino Burjanadzenin “Vahid Gürcüstan” (0,86%) də daxil olmaqla digər partiyalar 1% -lik baryeri aşmayıblar.
****
3847 seçki məntəqəsində bülletenlərin 90.56%-i sayılıb. İlkin mlumata görə, 7 partiya və 2 blok Gürcüstan parlamentinə daxil olur.
MSK-nın saytında yer alan məlumata görə, hazırkı hakim partiya “Gürcü Arzusu - Demokratik Gürcüstan” (48.13%) və “Birləşmiş Milli Hərəkat” partiyasının daxil olduğu müxalif “Güc birlikdədir” (26,8%) parlamentə daxil olub.
Həmçinin aşağıdakı siyasi qurumlar 1%-lik baryeri aşıblar:“Avropa Gürcüstanı” (David Bakradze) - 3,78%
“Lelo” (Mamuka Xazaradze) - 3,22%
“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) - 3,2%
“Giorgi Vaşadze – Aqmaşenebeli strategiyası” - 3.15%
“Qirçi” (Zurab Caparidze) – 3.01 %
“Vətəndaşlar” (Aleko Elisaşvili) - 1,36%
İşçi Partiyası (Şalva Natelaşvili) - 1%
