Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının erkən parlament seçkilərində hökuməti təkbaşına qurması üçün 0,08% səs çatmayıb.“Qanunyolu.info.az”, “TASS” a istinadən xəbər veriri ki, Paşinyanın partiyası 53,92 səs yığaraq konstitusiya çoxluğunu əldə etsə də, yeni hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Belə ki, hökuməti təkbaşına qura bilmək üçün 54% səs toplamaq tələb olunur.
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün 2008 seçki məntəqəsindən əldə olunmuş səslər sayılıb.MSK-nın açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.
“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.
Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.
****
Feysbuk hesabında seçki nəticələri ilə bağlı açıqlama verən Paşinyan partiyasının parlamentdə əldə edəcəyi mandat sayını da açıqlayıb.
“MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, “Vətəndaş müqaviləsi” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71) və mənim rəhbərliyim altında hökumət quracaq”, - deyə Paşinyan qeyd edib.
Bu arada, erməni mediasında parlamentə girən partiyaların neçə mandat əldə edəcəyi müəyyənləşdirilib.
“Armlur” qəzeti yazır ki, yeni çağırış Ermənistan Parlamentinin 105 deputatı olacaq.
“Vətəndaş müqaviləsi” - 72 mandat
“Hayastan” (“Ermənistan”) bloku - 27 mandat
“Şərəfim var” bloku - 6 mandat