Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu
- 21.04.2026, 20:30,
- Xəbər / Sosial / Hadisə
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.“Qanunyolutv.az” xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və
“Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Xatırladaq ki, bu gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti
məhdudiyyət tətbiq edilib. Buna səbəb isə bu gün saat 12:10 radələrində
“Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır. Hadisə zamanı
2 qadın xəstəxanalıq olub.
****
“İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.