Bakı metrosunda baş verən ölüm faktı araşdırılır - Yenilənib

Bakı metrosunda baş verən ölüm faktı araşdırılır - Yenilənib

Bakı metrosunda sərnişinlərdən biri stansiya yoluna düşüb.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qatar “28 May” daxil olanda, sərnişin stansiya yoluna düşüb.

Hadisə ilə bağlı xətlərdə yubanma var.
****

Metronun “28 May” stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
****

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq “Nərimanov” elektrik deposuna göndərilib.

Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.
****

Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, - prokurorluqdan bildirib.

Qeyd edək ki, bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “28 May” stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter