“1 iyun tarixində uşaqlara Ulu öndərin arzularını çatdırmağa borcluyuq” - Təmraz Tağıyev

“1 iyun tarixində uşaqlara Ulu öndərin arzularını çatdırmağa borcluyuq” - Təmraz Tağıyev

“Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəman oğullarının fədakarlığı və həyatları bahasına torpaqlarımız düşməndən təmizləndi, xalqımız qələbə sevincini yaşadı”.

“Qanunyolutv.az” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.

İcmanın rayon təşkilatının sədri vurğulayıb ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayonunda şəhid və qazi ailələrinin yadigarları daim diqqətdə saxlanılır, onların təbrik edilməsi unudulmur. Nərimanov RİH-in həyata keçirdiyi layihələrlə yanaşı, İcmanın rayon təşkilatı və Nərimanov bələdiyyəsi hər daim şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həllinə çalışır və bunu özünə borc bilir.

Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilib. 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı on iki nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin övladlarına həm də Qərbi Azərbaycan İcması tərəfindən hazırlanan hədiyyələr təqdim edilib.

İcmanın rayon təşkilatının sədri sonda uşaqları belə təbrik edib:

“Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə sağlam həyat və xoşbəxt gələcək arzulayıram”.

Vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq 1 iyun tarixində uşaqlara Ulu öndərin bu arzusunu çatdırmağa borcluyuq. Bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter