Suraxanıda şəhid və qazi övladlarının iştirakı ilə tədbir keçirilib

Suraxanıda şəhid və qazi övladlarının iştirakı ilə tədbir keçirilib

1 İyun 2021-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şəhid ailələrinin, qazilərinin övladlarının iştirakı ilə əyləncəli tədbir keçirilib.

"Qanunyolu.info.az" xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
Suraxanıda şəhid və qazi övladlarının iştirakı ilə tədbir keçirilib

RİH başçısı Əziz Əzizov çıxış edərək uşaqları təbrik edib: "Sevindirici haldır ki, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Və bu qalibiyyətin qazanılmasında bütün şəhidlərimizə və sağlamlıqlarını itirən qazilərimizə borcluyuq. Onların bizə əmanət qoyduqları övladlarının savadlı və vətənpərvər böyümələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb və bundan sonra da onlar hərtərəfli qayğı ilə əhatə olunacaq".

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.
Suraxanıda şəhid və qazi övladlarının iştirakı ilə tədbir keçirilib

Bayramınız mübarək əziz uşaqlar!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter