Yasamalda qazi və şəhid ailələrinə medallar təqdim edilib
- 11.08.2021, 13:30,
- Sosial / Xəbər
Baxılıb: 64
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına Yasamal rayon İcra Hakimiyyətində medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, ötən il qazanılan hərbi qələbənin müasir Azərbaycan tarixində tayı-bərabəri yoxdur."Qanunyolu.info.az" xəbər verir ki, Elşad Həsənov bildirildi ki, Yasamal rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün maksimum səy göstərilir.
Qeyd olunub ki, Vətən müharibəsinin ilk günlərindən Yasamal sakinləri fəal şəkildə ordu sıralarına qoşulub. Bu gün Yasamal rayonunun 33 şəhidi və 110 qazisi var. Yasamal rayon İcra Hakimiyyəti olaraq şəhidlərin doğum günündə onların məzarları ziyarət edilir, ailələrinə dəstək göstərilir.
Daha sonra qazi və şəhid ailələrinin üzvlərinə hərbi təltiflər təqdim edilib.