Nərimanov bələdiyyəsi şəhid ailəsi üzvünü bələdiyyə qulluğuna qəbul etdi - Fotolar
- 01.04.2022, 13:30,
- Sosial / Xəbər
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
“Nərimanov bələdiyyəsi həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrin icrasında yaxından iştirak edir”.“Qanunyolu.info.az” xəbər verir ki, bu sözləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bələdiyyənin inzibati binasında şəhid ailələri ilə görüşdə səsləndirib.
Təmraz Tağıyev çıxışında qeyd edib ki, Nərimanov bələdiyyəsində 3 nəfər şəhid ailəsinin üzvləri bələdiyyə qulluğuna işə götürülüb: “Bu gün isə daha bir nəfər işlə təmin olunur. Belə ki, şəhid İsgəndərov Əhmədağa Novruz oğlunun həyat yoldaşı Əhmədova Ülviyyə Yusif qızı bələdiyyə qulluğuna baş mütəxəssis vəzifəsinə təyin edilib. Bununla yanaşı şəhidin azyaşlı qızı da 18 yaşınadək bələdiyyənin himayəsinə götürülüb”.
Sədr bildirib ki, ərazidə yaşayan 25 nəfər Vətən müharibəsi qazisi üçün sosial layihə hazırlanıb və uğurla icra olunur.
Tədbirdə sədr daha sonra bildirib ki, məşğulluq layihələrində fəal iştirakı ilə seçilən Nərimanov bələdiyyəsi şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv bələdiyyələr sırasında olmasından qürur duyur: “Ölkə rəhbərləri tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, dövlətin qayğısı ilə əhatə olunurlar. Hesab edirik ki, belə nəcib və humanist tədbirlər yerli özünüidarəetmə sistemində də genişləndirilməli, şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları bələdiyyə qulluğunda irəli çəkilməlidirlər”.
Tədbirdən sonra şəhid ailəsinin üzvləriylə ayrıca görüş keçirilib, xanıma iş yeri, görəcəyi işlər barəsində məlumat verilib.
Qeyd edək ki, Əhmədağa İsgəndərov 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak edib. 2020-ci il oktyabrın 7-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
