Aydın Əliyev işdən çıxarıldı

Aydın Əliyev işdən çıxarıldı

Tanınmış radioloq həkim Aydın Əliyev İstanbul Hospitalındakı işindən çıxarılıb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə həkim öz sosial şəbəkə hesabında paylaşım edib.

O, işdən azad olunmasının qanuni əsası olmadığını açıqlayıb: “Təhdiddənmi, qorxudanmı, bilmirəm, İstanbul klinikasının rəhbərliyi məni bu gün (dünən) işdən çıxardı. “Sabahdan işə gəlmə” dedilər. İnsanı işdən çıxarmaq bu qədər asandırmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”

"Qanunyolutv.az" xəbər veriur ki, məsələ ilə əlaqədar İstanbul Hospitaldan həkimin işdən çıxdığını təsdiqləsələr də, öz xahişi ilə azad olunduğunu bildirdilər: “Aydın Əliyev işdən öz ərizəsi ilə çıxıb, rəhbərlik tərəfindən çıxarılmayıb”.

Qeyd edək ki, radioloq Aydın Əliyev 2021-ci ildən İstanbul Hospitalda baş həkim kimi fəaliyyət göstərirdi. O, bir neçə gün əvvəl saxlanılan tanınmış hüquqşünas Ələsgər Məmmədlinin qaynıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter