Prezident Əhməd Əhmədzadəni işdən çıxardı
- 02.04.2021, 15:20,
- Siyasət
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Əhməd Əhmədzadəni vəzifəsindən azad edib.“Qanunyolu.info.az” xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən sözügedən qurumun sədri vəzifəsini icra edirdi. O, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin qardaşıdır.