Gizirimiz dəfn olundu - Foto

Gizirimiz dəfn olundu - Foto

Bir ildən artıq komada olan və ötən gün vəfat edən gizirimiz Mirzə Əhmədov dəfn olunub.

"Qanunyolu.info.az" xəbər verir ki, Silahlı Qüvvələrimizin giziri Mirzə Əhmədov bu gün doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılıb.

Vida mərasimində onun hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Gizirimiz dəfn olundu - Foto

Qeyd edək ki, Əhmədov Mirzə Balaqardaş oğlu 1994-ci il yanvarın 20-də Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. Mirzə Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.
Gizirimiz dəfn olundu - Foto

ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter