Xalq artisti xanımı ilə oğlunun yanında dəfn olundu - Yenilənib
- 12.06.2020, 09:55,
- Xəbər
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən dünyasını dəyişən Xalq artisti Teymur Mustafayevin dəfn olunacağı məkan açıqlanıb.
Mədəniyyət Nazirliyindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, mərhum xanəndə bu gün doğulduğu Cəlilabad rayonunda, həyat yoldaşı və oğlunun məzarının yanında torpağa tapşırılacaq.
Sənətçinin nəşi artıq Cəlilabada yola salınıb.
***
Mədəniyyət Nazirliyinin məlumatına əsasən, T. Mustafayev artıq dəfn edilib.
Qeyd edək ki, T. Mustafayev iyunun 4-də “Yeni Klinika” tibb müəssisəsinə TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Koronavirusa yoluxan sənətçinin həkimlərin səyinə baxmayaraq, ötən gün bioloji ölümü qeydə alınıb.