Vətən müharibəsində şəhid olan hərbi qulluqçu ilə Goranboyda vida mərasimi keçirilir.“Qanunyolu.info.az”-ın APA-ya istinadən məlumatına görə, Həsrətov Elməddin Sərdar oğlu nəşini onun anadan olduğu rayonun Qarasuçu kəndində gətirilib.
Vida mərasimində şəhidin ailə üzvləri ,hərbiçi yoldaşları, kənd sakinləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Elməddin Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində anadan olub, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.
O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, ailəsi ilə sonuncu dəfə oktyabrın 2-də əlaqə saxlayıb.
Elməddin Həsrətov cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Elməddin Həsrətov subay olub.
Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.
Elməddin Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfn edilib.Dəfndən sonra havaya yaylım atəşi açılıb.
ALLAH RƏHMƏT ELƏSİN!