Yasamalda Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi ehtiramla anılıb

Yasamalda Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi ehtiramla anılıb

Murovdağın zirvəsində əbədiyyətə qovuşan 44 günlük Vətən müharibəsinin şəhidi, kapitan Həmidağa Hüseynzadə ad günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib.

Qanunyolu.info.az" xəbər verir ki, nazirliyin və Yasamal Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri, o cümlədən Vətən müharibəsi iştirakçıları və qaziləri “Qarabağ” ordenli şəhidimizə bir daha ehtiramlarını bildirmək üçün İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Yasamalda Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi ehtiramla anılıb

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin Azərbaycanın şanlı döyüş salnaməsində mühüm əhəmiyyətindən danışıb, şəhidin valideynlərinə Vətənə Həmidağa kimi qəhrəman oğul yetişdirdiklərinə görə minnətdarlıq edib və ailəyə şəhidin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalını təqdim edib.
Yasamalda Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi ehtiramla anılıb

Deputat Səbinə Xasayeva şəhidlərin xatirəsinin bütün ölkəmizdə olduğu kimi, Yasamal rayonunda da əziz tutulduğunu, onların ailə üzvlərinin həmişə diqqətdə saxlanıldığını vurğulayıb.

Şəhidin məzarı önünə əklil və güllər düzülüb, ruhuna dualar oxunub və kapitan Həmidağa Hüseynzadənin doğum günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xatirə mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Yasamalda Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi ehtiramla anılıb

Nəzərə çatdıraq ki, Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakıda anadan olub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Taqım komandiri vəzifəsindən xüsusi təyinatlı taborda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə, “kapitan” hərbi rütbəsinədək yüksəlib.

Xidmət etdiyi müddətdə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, komandanlığın etimadını doğruldub, hərbi kollektivin hörmət və rəğbətini qazanıb.

Qeyd edək ki, kapitan Hüseynzadənin xidmətləri həmişə yüksək qiymətləndirilib və o, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Ölümündən sonra isə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümunələri göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Yasamalda Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi ehtiramla anılıb

Şəhidin atası Bağı Hüseynzadə deyib: “Mənim oğlum haqq savaşımızda şəhid olub. Təsəllimiz odur ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz düşmən üzərində Qələbə çalıb, daha doğrusu, düşməni sındırmışıq, onu rüsvayçı, utancverici məğlubiyyətlə barışmağa məcbur etmişik. Tarixi ədaləti bərpa etmişik, şəhidlərimizin intiqamını döyüş meydanında vuruşaraq almışıq. Lakin deyəsən, bu da onlara dərs olmayıb. İki gün öncə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında oxudum ki, Ermənistan tərəfi yenə də məkrli və hiyləgər niyyətlərindən əl çəkmir. Məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. Doğrudur, Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri ilə bu kimi halların qarşısı qətiyyətlə alınır. Ancaq ermənilər, onları uçuruma aparan başsız rəhbərləri və havadarları nə qədər gec deyil bu iyrənc oyunlarından əl çəksələr yaxşıdır. Onlar birdəfəlik bilməlidirlər ki, döyüş meydanlarında yenə də təklənəcək, məğlubiyyətə düçar olacaqlar. Bu dəfə onlar rəşadətli Azərbaycan Ordusunun sıralarında həm də bizi, intiqam hissi ilə coşan, qan-qan deyən şəhid atalarını, qardaşlarını, onların yaxınlarını görəcəklər. Unutmasınlar kı, Azərbaycanın Zəfər Bayrağı etibarlı əllərdə, dəmir yumruq isə yerindədir!”.

Şəhid zabitin doğum günü münasibətilə keçirilən xatirə tədbiri hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter