Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

Bildiyimiz kimi 44 günlük Vətənimizin ərazi bütövlüyü uğrunda gedən müharibədə 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızı azad etmək üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Onun rəhbərliyi altında "Dəmir yumruq" kimi ətrafında sıx birləşərək Vətənpərvər gənclərimiz Vətən deyib - haqq savaşına qatıldılar və torpaqlarımızı mənfur düşmənimiz olan erməni işğalçılarından qanları, canları bahasına azad etdilər.

Hörmətli oxucularımız belə igid, qorxmaz, qəhrəman, Vətənpərvər oğullarımızdan biri də 1997-ci il təvəllüdlü Bakı şəhəri Bülbülə qəsəbəsində anadan olmuş həm aprel döyüşlərinin iştirakçısı olmuş, həm də 2-ci Qarabağ müharibəsinin fədakar iştirakçısı şəhid Cabarzadə Cavid Qorxmaz oğludur. O, vətəninə, torpağına, dövlətinə bağlı olan igid oğullardan biriymiş.
Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

Bu gün Suraxanı rayonunda şəhidimiz Cavidin adına tikilmiş bulaqın açılış mərasimi keçirildi. Açılışda şəhidin atası Qorxmaz, anası Almaz xanım, Suraxanı RİH-i başçısı Əziz Əzizov, deputat Afət xanım Həsənova, RİH-nin müavinləri, Əməkdar artist, xanəndə Cabir Abdullayev, şəhidin döyüş yoldaşları qazilər Fətulla Hüseynov, Səbuhi Bədəlov, Yunis Mayılov, Elməddin Əhmədov, qohumları, yaxınları, təhsil aldığı 316 saylı tam orta məktəbin kollektivi və ictimayyət yaxından iştirak etdilər.
Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

Tədbirdə şəhidin atası və anası çıxış edərək açılışa gələnlərə dərin minnətdarlıqlarını bildirdilər. Sonra RİH-i başçısı Əziz Əzizov, deputat Afət xanım çıxış edərək tədbir iştirakçılarına, şəhidin valideynlərinə öz ürək sözlərini çatdıraraq, şəhidimizə Allahdan rəhmət dilədilər. Çıxışlardan sonra tədbir iştirakçıları Cavidin təhsil aldığı 316 saylı tam orta məktəbə getdilər. Məktəbdə ilk öncə Dövlət himni səsləndirildi. Himnidən sonra isə məktəbin şagirdləri Vətənpərvər ruhda şerlər dedilər, mahnılar oxudular, çıxışlar oldu, xatirə şəkilləri çəkildi. Tədbirdən sonra şəhidin adına ehsan süfrəsi verildi.
Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

Onu da nəzərinizə çatdırım ki, Cabarzadə Cavid aprel döyüşlərinin iştirakçısı olmuş, 2-ci Vətən müharibə müharibəsində Füzuli, Cəbrayıl, Xocəvənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, 24 oktyabr Xocəvənd döyüşləri zamanı qəhrəmancacına döyüşərək şəhid olmuş və şəhidlik zirvəsinə ucalmışdır. Cavid II Fəxri Xiyabanda dəfn edilibdir.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra vəzifə borcunu layiqli yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalı ilə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilibdir.
Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

P.S. Sonda bizdə "Qanunyolu.info.az" və "AY MEDİA GROUP" xəbər portalının rəhbəri olaraq kollektimiz adından şəhidimiz Cavidin valideynlərinə, yaxınlarına, qohumlarına, döyüş yoldaşlarına dərin hüznlə başsağlığı verib, şəhid qardaşımıza Allahdan rəhmət diləyirik və deyirik:
"Şəhidlər ölməz, Vətən bölünməz!"

Suraxanı rayonunda şəhid Cabarzadə Cavidin xatirəsinə bulaqın açılışı oldu

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı

"AY MEDİA GROUP" Təsisçi və baş redaktor
Almaz Yaşar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter