Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi - Fotolar

Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi - Fotolar

Abşeronda rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. “Qanunyolu.info.az” xəbər verir ki, Rayon Mədəniyyət Evində baş tutan görüşdə RİH başçısı İradə Gülməmmədova, 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Milli Məclisin deputatı Şahin Seyidzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev və yerli sahibkarlar iştirak edib.

Tədbirdə rayon üzrə olan iş imkanlarının vahid formada təqdimi, daxil olan məşğulluqla bağlı müraciətlərin müvafiq olaraq sahibkarlıq subyektlərinə yönləndirilməsi, məşğulluq məsələlərində işaxtaran və işverənlər arasında münasibətlərin formalaşdırılması məsələləri müzakirə olunub.
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi - Fotolar

"Qanunyolu.info.az" xəbər verir ki, geniş məzurə ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əvvəlcə xalqımızın 44 günlük müharibə zamanı göstərdiyi birlikdən, ordumuzun əldə etdiyi qələbədən və Azərbaycan igidlərinin nümayiş etdirdiyi şücaətdən danışıb: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti, hərtərəfli düşünülmüş qərarları, şəhid və qazilərimiz, ümumilikdə ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad edildi, ölkəmiz regionda yeni həm siyasi, həm də iqtisadi imkanlar yaratdı. Respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da sahibkarlar üçün münbit şəraitin formalaşdırılıb. Rayon ərazisində sahibkarlıq subyektlərinin inkişaf etdirtilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində İH tərəfindən lazimi dəstəyin göstərilir. Yeni açılan iş yerlərində şəhid və qazi ailələrinin iştəmin edilməsinin vacibdir. Biz onlara borcluyuq”.
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi - Fotolar

Sonra Millət vəkili Şahin Seyidzadə çıxış edərək ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən görülən işlərdən, qəbul olunan qanun və qərarlardan danışıb. Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev təçmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb.
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi - Fotolar

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter