Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirilib - Foto
- 28.04.2021, 14:45,
- Siyasət
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.“Qanunyolu.info.az” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan konfransda Abşeron RİH başçısı İradə Gülməmmədova, Respublika Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov və rayon ağsaqqalları iştirak edib.
İradə Gülməmmədova Azərbaycanın 44 günlük müharibədə düşmən üzərində qazandığı tarixi qələbədən danışıb.
Millət vəkili Eldar İbrahimov da əldə edilən qələbədən danışaraq Azərbaycanlıların Qarabağa böyük qayıdışının əsasının qoyulduğunu qeyd edib: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar".
Çıxışlardan sonra Abşeron rayon Ağsaqqallar Şurasının yeni tərkibi səsvermə yolu ilə müəyyənləşdirilib. Şuranın əsasnaməsi qəbul edilib, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvləri və sədr seçilib.
Abşeron rayon Ağsaqqallar Şurasının sədri seçilən Nadir Ağayev göstərilən etimada görə təşəkkür edərək qarşıda duran vəzifələrdən danışıb.
