

“Qanunyolu.info.az” xəbər verir ki, Mərkəzi İcra Hakimmiyyəti orqanları rəhbərlərinin 2019 – cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uygun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Əhməd Əhmədzadə noyabrın 15-də Balakən şəhərində vətəndaşları fərdi qaydada qəbul edib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Balakən RİH-nin başçısı İslam Rzayev qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.



Balakən Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Balakən rayonundan olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciət əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edibdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə qəbula gələn hər bir vətəndaşın müraciətlərini dinləyərək şikayətlərin qısa bir müddətdə araşdılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.


Qeyd edək ki, Mərkəzi İcra Hakimiyyəti orqanlrı rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uygun olaraq, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qax rayonunda, Rafiq Aslanov isə Zaqatala rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxılıbdır. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qaygıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
