Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

  • 30.12.2022, 16:30,
  • Siyasət
  • Baxılıb: 28
Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi İlham Babayev tutduğu vəzifədən azad edilib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, digər əmrlə o, Şəmkir hərbi prokuroru vəzifəsinə təyin edilib. Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki Şöhrət Qəhrəmanov isə Gəncə hərbi prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, baş prokuror Kamran Əliyevin imzaladığı daha bir əmrlə Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsindən azad edilərək Naxçıvan MR prokurorunun müavini təyin olunub.

"Qanunyolıutv.az" məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, dekabrın 28-də Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. O, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.
Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

Fotoda Şöhrət Qəhrəmanov
Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

Fotoda İlham Babayev
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter