Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi
- 20.05.2020, 20:00,
- Siyasət
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş prokuror Kamran Əliyev kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb."Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünü Feysbuk hesabında məlumat paylaşaraq qeyd edib ki, Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.