Vasif Talıbovun qardaşı işdən çıxarıldı
- 29.12.2022, 17:30,
- Siyasət
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.“Qanunyolutv.az” xəbər verir ki, Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı saytımıza təsdiq ediblər.
Qeyd edək ki, Məhərrəm Talıbov General-mayor III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. O, həmçinin Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Naxçıvan Boks Federasiyasının isə sədridir.