Narkotik daşıyan PUA-lar zərərsizləşdirildi - Foto
- 02.11.2026, 13:00,
- Xəbər / Kriminal
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
DSX-nin Sərhəd Qoşunlarının
“Horadiz” və
“Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerlərinə baxış zamanı
"Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram,
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.