Bolqarıstanda ilk dəfə qadın prezident seçildi
- 02.11.2026, 16:00,
- Dünya
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Bolqarıstanın dövlət başçısı səlahiyyətlərini icra edən İliana Yotova predizent seçkilərinin ikinci turunda qalib gəlib.“Qanunyolutv.az” xarici mediaya istinadən xəbər verir ki, səslərin 57,66 faizini toplayan İliana Yotova bununla Bolqarıstanın ilk seçilmiş qadın prezidenti olub.
Onun rəqibi Andrey Qyurov isə ikinci turda 39,38 faiz toplayıb. Seçicilərin 2,96 faizi isə heç bir namizədi dəstəkləməyib.
Qeyd edək ki, İliana Yotova 2017-ci ildən vitse-prezident postunu tuturdu. Ölkə lideri Rumen Radevin istefasından sonra isə dövlət başçısının səlahiyyətləri ona keçmişdi.
Oktyabrın 25-də baş tutan seçkilərin birinci turunda İliana Yotova 34,76%, Andrey Qyurov isə 31,95% səs toplamışdı. Namizədlərin heç biri səslərin 50 faizindən çoxunu qazana bilmədiyindən ikinci tur təyin edilib. Həmin turda seçici fəallığı rekord səviyyədə az olub və təqribən 23% təşkil edib.