Keçmiş məhkum üzərində avtomatla saxlanıldı
- 25.02.2021, 11:50,
- Kriminal
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” aşkar edilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.