20 il türmədə yatan şəxsdən silah tapıldı
- 12.02.2021, 13:25,
- Kriminal
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Nəsimi rayonunda üzərində qanunsuz olaraq silah gəzdirən şəxs saxlanılıb.“Qanunyolu.info.az” DİN-ə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda tutularaq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktlarla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Əli Ağayev 20 il məhkumluq həyatı yaşayıb.