Üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı - Foto
- 12.01.2021, 09:45,
- Kriminal
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəsimi rayonunda üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.