Azər Rəcəbovun müavini yenidən həbs edildi

  • 22.01.2025, 10:00,
  • Siyasət
  • Baxılıb: 4
Azər Rəcəbovun müavini yenidən həbs edildi

Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

Seymur Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.

Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. Azər Rəcəbova yekun olkaraq 10 il, Ələkbər Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırladaq ki, onlara daha əvvəl 10 il 6 ay və 3 il 6 ay həbs cəzası kəsilmişdi. Seymur Səfərov isə şərti cəzaya məhkum edilərək məhkəmə salonundan azadlığa buraxılmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter