Mikayıl İsmayılovun nəvəsinin anası həbs edildi - Yenilənib
- 08.05.2026, 21:00,
- Kriminal
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Fidan Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.
Şantajla bağlı ittiham üzrə şikayətçi Orxan İsmayılzadədir. O iddia edir ki, Fidan 2017-ci ildə onlardan 200 min manat pul alıb.Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib.
Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq.
****
Fidan Abbasova barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.Məlumatı onun vəkili Ceyhun Yusifov təsdiq edib.
Vəkil deyib ki, müvəkkilinə verilmiş ittihamı əsassız hesab edirlər, qərardan apellyasiya şikayəti veriləcək.