Bayramovla Fidan Brüsseldə görüşdü
- 21.03.2024, 17:00,
- Siyasət
Baxılıb: 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb."Qanunyolutv.az" xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.
Ceyhun Bayramov, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.