10 min dollara civə satmaq istəyərkən tutuldu - Video
- 26.07.2022, 12:30,
- Kriminal
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb."Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətdinən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs - Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Fakla bağlı cinayət işi başlanılıb. Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.