Civə satan şəxs saxlanıldı - Foto
- 24.05.2020, 23:11,
- Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevirdə keçirilən əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istiadən, Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.