“Tanışımın yanına gəlmişəm” deyib FHN-ə məxsus binaya girdi - Oğurluq etdi
- 14.04.2022, 20:00,
- Hadisə / Kriminal
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda iş vaxtı FHN-ə məxsus inzibati binaya girən şəxs oradan oğurluq edib. “Qanunyolu.info.az” xəbər verir ki, hadisə ötən ilin sentyabrında baş verib.
Çingiz V. nazirliyin nəzdində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məxsus binaya girib. Orada xidməti otaqlardan birinin qapısının açıq olduğunu görüb. Otağa daxil olaraq masanın üzərindəki pulqabını oğurlayıb. Pulqabıdakı 671 manatı və bank kartlarını götürüb.
Çingiz məhkəmədə pula ehtiyacı olduğu üçün bu əməli törətdiyini deyib:“Binanın girişində mühafizəçi hara getdiyimi soruşdu. İdarədə tanışımın yanına getdiyimi dedim. Mühafizəçi binaya daxil olmağıma icazə verdi. Dəhlizdə gəzişərkən otaqlardan birinin qapısının açıq olduğunu görüb içəri girdim. Masanın üzərində olan qadın əl çantasının içərisində olan qırmızı rəngli pulqabını götürüb binanı tərk etdim. Orada olan 80 manatı götürüb qalan sənədləri və bank kartlarını pulqabı ilə birlikdə zibil qabının yanına atdım”.
Saxlanılan zaman onun üzərindən narkotik vasitə də çıxıb.
Çingizə hər iki ittiham üzrə cəza təyin olunub. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.
