Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib?
- 09.09.2026, 16:30,
- Xəbər
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir müddət öncə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli film yayımlanıb.“Qanunyolutv.az” xəbər verir ki, 15 bölümdən ibarət sənədli filmin 6-cı hissəsində Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin onlara kömək təklif etməsindən danışıb.
“Azərbaycan Diyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”, - Mehmet Görmez bildirib.
İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.