Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu - Foto

  • 21.08.2020, 12:30,
  • Kriminal
  • Baxılıb: 35
Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu - Foto

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu ilin aprel ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində televizor oğurlayıb.

Bundan başqa, Gəncə şəhər xəstəxanalarının birindən 1000 manat dəyərində kompyuter, 350 manat dəyərində printer və 1790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2300 manat dəyərində 2 ədəd televizor oğurlayıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib.

R. Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırma aparılır.
Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter