Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
- 08.09.2026, 17:30,
- Xəbər / Şou
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
****
Leyla Əhmədova barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib. Həbs qərarı apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Bu gün - biraz əvvəl isə Leyla Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.