Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Hörmətli oxucular bu dəfə yenə də sizlərə həmişə olduğu kimi sosial şəbəkələrdə, xəbər sayıtlarındsa adları, bədnam əməlləri, özbaşnalıqları, haqsızlıqları, rüşvətxorluqları ilə daima gündəmdə olan icra başçılarından yazıb diqqətinizə çatdıracam.

Bu yaxınlarda yolumuz Şəhid ailəsinin dəvəti ilə Qəbələ rayonuna oldu. Biz diqqətdən kənar, baxımsız qalan Şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun dövlətimizə, bizlərə əmanət olan ailəsində, Şəhidin mövlud günündə iştirak etdik. "Qanunyolutv.az" informasiya portalı olaraq biz və bizimlə bərabar "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım, cəmiyyətin direktoru Mətanət xanım və üzvü Zəminə Duyğu da ailəni ziyarət etdik.
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Lakin Vətən uğrunda, 44 günlük haqq savaşında canını, qanını qurban vermiş Şəhid Elməddin Mustafayevin yaşam tərzi bizləri bir Azərbaycan vətəndaşı kimi çox məyus etdi. XXI - əsrdə Şəhid ailəsinin belə bir evdə bu şəraitdə yaşaması heç də ürək açan deyildi. Bina xaricdən və daxildən olduqca çox bərbad halda idi. Onu da nəzərinizə çatdırım ki, bina əvvəl məktəb olub. Yeni məktəb binası tikilib inşa olunduqdan sonra məktəb boşaldılıb və Mustafayevlər ailəsi də yaşamaq üçün yararsız olan bu məktəb binasının zirzəmisinə yerləşdiriliblər.

Onu da nəzərinizə çatdırım ki, bizim ilk öncə binanın girişindəki üç rəngli bayrağımızın bərbad vəziyyətdə olması diqqətimizi çəkdi. Azərbaycanın üç rəngli bayrağı sanki fəryad edirdi. Çünki bayraq cırıq-cırıq, rəngi solmuş, həddən ziyadə çox bərbad halda idi. Bəli, artıq hər şey girişdən bəlli idi.
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Sonra biz binaya daxil olub, ailənin yaşadığı otağa keçdik və dəhşətə gəldik. Çünki otaqda nəmişlik, darısqallıq, havasızlıq hökm sürürdü. Bu evdə insan həyatı üçün həqiqətəndə təhlükəli bir an yaşanırdı. Çünki Şəhidimiz də məhz bu evdə astma-bronxit xəstəliyinə düçar olmuşdu. Lakin buna baxmayaraq o, Vətənin müdafiəsinə getmişdir. Biz 1-2 saat otaqda güclə oturub ailə ilə həmsöhbət olduq. Havasızlıq, nəmişlik bizi də sıxırdı. Lakin buna baxmayaraq dözdük və oturduq. Çünki buna dözməliydik. Axı bu evdə Şəhidimizin ruhu vardı???

İndi isə istərdim ki, sizlərə Qəbələ RİH-nin başçısının xəbər sayıtlarında özünün bədxah əməlləri ilə gündəmdə olan və onun rəhbərlik etdiyi qurumlardan söhbət açam. Şəhid Elməddinin anası Könül xanım, atası Məhəmməd Mustafayev və ailə üzvləri bizə Qəbələ RİH başçısı Səbuhi Abdullayevin və onun tabeliyində olan qurumların onlara qarşı haqsızlığından, özbaşnalığından, diqqətsizliyindən danışdılar. Ailə Cənab Prezident İlham Əliyevin müşavirələrdə icra başçılarına, məmurlara verdiyi göstəriş və tapşırıqlarına baxmayaraq Şəhid ailəsi bu günə kimi baxımsız qalmış, yaşayış üçün yararsız məktəb zirzəmisində məskunlaşmışdılar.
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Bəs görəsən Səbuhi Abdullayev Cənab Prezidentin ciddi tapşırığına, göstərişinə neyçün biganə yanaşır? Niyə görə verilən tapşırıqlara əməl etmir? Axı bu gün bizlərin hər birimizin bir nömrəli diqqət və qayğısı Şəhid, qazi ailələrinə, onların yaşam tərzinə, problemlərinin həllinədir? Bunu Cənab Prezident dəfələrlə çıxışlarında da vurğulayıb və hər bir icra başçılarına, məmurlara ciddi xəbərdarlıq edibdir! Lakin buna baxmayaraq RİH başçısı S,Abdullayev Şəhid ailəsinə qarşı diqqətsizlik edir və probləmlərini həll etmir. Bəs görəsən buna səbəb nədir?

Şəhid anası Könül Mustafayevla həmsöhbət olduğumuz zaman bizə dedi ki, dəfələrlə Qəbələ RİH-nin rəhbərliyinə acınacaqlı bir durumda yaşadıqlarını, ev şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müraciət etmişlər. Lakin buna baxmayaraq onların problemləri bu günə kimi öz həllni tapmayıbdır. Belə ki, ailə Qəbələ RİH başçısı Səbuhi Abdullayevə müraciət edib. İcra başçısı isə şəhid ailəsinə “İndiyə qədər harada qalmısansa, bundan sonra da orada yaşa. Sən bizdən böyük şey istəyirsən, insanlar ömür boyu bir ev tikmək üçün yaşayırlar, mən öz evimdən çıxıb sizə verən deyiləm ki?!”, – deyərək sözün əsl mənasında şəhid ailəsinə neqativ münasibət göstərib. Şəhid anası deyir ki, icra başçısının sözləri ona əməlli-başlı təsir edib. Başçıdan ev tikmək üçün 3 sot torpaq istəyən şəhid ailəsi bu cür həqarətlə qarşılanmasını heç cür həzm edə bilmir.
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Bəli, Mustafayevlər ailəsi çox acınacaqlı şəraitdə yaşayırlar. Oturduqları otağın içində ayaq yolunun olması isə bu dəhşətli bir mənzərə idi. Bəs görəsən Səbuhi müəllimi Vətən və torpaq üçün, dövlət üçün, bizlər üçün canını, qanını qurban vermiş gənc, ailənin yeganə oğlu olan Şəhid Elməddinin ailəsinin belə bir acınacaqlı, yaşayış üçün təhlükəli olan məktəb zirzəmisində yaşaması bir Azərbaycan vətəndaşı kimi, eləcədə rayonun rəhbəri kimi heç də narahat etmirmi? İndi ailənin tək istəyi ev şəraitinin yaxşılaşdırılmasıdır. İcra hakimiyyəti isə ailəyə bildirib ki, nə vaxtsa Qəbələdə şəhid ailələri üçün ev tikilərsə, o zaman da onlara mənzil veriləcək. Könül Mustafayeva isə yaşadığı şəraitin ağırlığından şikayətlənir və şəhid ailəsinin belə bir vəziyyətdə yaşamağa layiq olmadığını bildirir.

Qəbələ RİH-nin başçısı Səbuhi Abdullayev bizlər yaddan çıxarmayaq ki, 44 günlük müharibədə canlarını, qanlarını Vətən, torpaq yolunda qurban vermiş, erməni faşistlərinə qlib gələrək Azərbaycanı dünyada qalib ölkə kimi tanıdan, Zəfər qələbəsini xalqımıza yaşadan, 30 ilə yaxın həsrətində olduğumuz Şuşamızı, gözəl Qarabağ torpaqlarımızı bizlərə qaytaran Şəhidlərimizə borcluyuq və ömrümüzün axırına kimi də borclu olacayıq! Bəs onda neyçün Səbuhi Abdullayev və onun ətrafı belə igid, qorxmaz, qəhrəman oğul Şəhid Elməddin Mustafayevin ailəsini belə baxımsız, yararsız bir məktəb zirzəmisində yaşamasına göz yumurlar? Axı onlar Şəhid ailəsidir???
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Elməddin Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda dünyaya göz açmışdır. 2007-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbə daxil olmuşdur. Orta təhsilini bu məktəbdə bitirdikdən sonra 2017-ci ildə Qəbələ rayonunda yerləşən Peşə Məktəbinə qəbul olmuşdur. Peşə məktəbini aşpazlıq ixtisası üzrə bitirmişdir. Elməddin Mustafayev 5 iyul 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Xidmətini Füzuli rayonunda davam etdirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.
Qəbələ RİH başçısının Şəhid ailəsinə qarşı diqqətsizliyi. Şəhid anası fəryad edir.!!!

ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

R.S. Sonda "Qanunyolutv.az" informasiya portalı olaraq ümid edirik ki, bu yazıdan sonra Qəbələ RİH başçısı Səbuhi Abdullayev öncə şəhid ailələri ilə düzgün rəftar etməyi öyrənəcək, daha sonra isə ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atacaq.


"QanunyoluTV.az" Təsisçi və baş redaktor Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter