Suraxanı RİH-i şəhid ailəsinin mənzilini təmir etdirdi - Fotolar

Suraxanı RİH-i şəhid ailəsinin mənzilini təmir etdirdi - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyəti Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin zabiti, kəşfiyyatçı, kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olub.

"Qanunyolu.info.az" xəbər verir ki, ailənin Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yaşadığı 14 saylı evin 3 otaqlı 43 saylı mənzili əsaslı şəkildə təmir olunaraq onların istifadəsinə təhvil verilib.
Suraxanı RİH-i şəhid ailəsinin mənzilini təmir etdirdi - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, 1-ci müavini Rəşad Hacıyev, müavini Fuad Cəbrayılov və şöbə müdirləri düşmənin kabusuna, xalqımızın qəhrəmanına çevrilən Qarabağ fədaisi kapitan Elçin İsmayılovun ailəsini ziyarət edib.
Suraxanı RİH-i şəhid ailəsinin mənzilini təmir etdirdi - Fotolar

Uzun müddət təmirsiz istismar olunan mənzildə aparılan yenidənqurma işləri ilə tanış olan RİH başçısı Əziz Əzizov ailənin qayğıları ilə maraqlanıb, Şəhidimizin özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladının ataları kimi vətənpərvər ruhda böyüyəcəklərinə və onun həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu bildirib.
Suraxanı RİH-i şəhid ailəsinin mənzilini təmir etdirdi - Fotolar

Bundan öncə şəhid Hüseynzadə Fərid Eldəniz oğlunun da Bülbülə qəsəbəsində yaşayan ailəsinin mənzili əsaslı təmir edilmişdi.

Bizdə "Qanunyolu.info.az" xəbər portalı olaraq kollektivimiz adından Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Əziz Əzizova və onun rəhbərlik etdiyi fədakar kollektivinə işlərində və xeyirxah əməllərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzulayırıq.

#BizBirlikdəGüclüyük!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter