YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Bu gün YDDİB-nin rəhbərliyi, Binəqədi rayon təşkilatının sədr və müavinlərinin təşkilatçılığı, eləcədə Abşeron Rayon Mehdiabad qəsəbə bələdiyyəsinin iştirakı ilə tədbir keçirildi və şəhid ailələri ziyarət edildi. Tədbir Mehdiabad qəsəbə bələdiyyə binasının qarşısından start götürdü.

Sonra tədbir iştirakçıları Şuşa uğrunda gedən döyüşlərdə mənfur erməni işğalçılarına qarşı qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalmış şəhid Heydərov Qadir Ədalət oğlunun Mehdiabad qəsəbəsində olan məzarını ziyarət etdi. Tədbirə Mehdiabad qəsəbə Bələdiyə sədri Vüqar Hüseynov və onun müavini Tahirə xanım Süleymanova da qoşularaq iştirak etdilər. Şəhidimiz Qadir Heydərovun məzarı önündə çıxışlardan əvvəl cəmi şəhidlərimiz dərin hörmətlə anıldı və bir dəqiqəlik sükutla yad edildilər.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Tədbirdə ilk söz YDDİB-in sədr müavini Şirməmməd Xanməmmədova verildi. O, öz nitqində 44 günlük haqq savaşında Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər Ordumuzun şücaətindən, igid əsgərlərimizin qəhrəmanlıqlarından, Vətən və torpaq uğrunda canlarında-qanlarından keçən şəhid oğullarımızdan, qazilərimizdən, eləcədə erməni faşistlərinin törətdikləri vəhşiliklərdən danışdı. Şəhid atasına kollektiv adından dərin təşəkkürünü bildirib, şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr dilədi.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Daha sonra şəhidin atası Heydərov Ədalət çıxış edərək oğlunun qəhrəmanlığından, onun Vətən yolunda haqq savaşından xatirələrini bizlərlə bölüşdü və tədbirə gələn iştirakçılara dərin təşəkkürünü bildirdi. O, çıxışında onu da qeyd etdi ki, mən bir şəhid atası kimi ailəmlə birlikdə hər zaman cənab Prezident İlham Əliyevi dəstəkləyir və Onun ətrafında sıx birləşərək Prezidentimizlə qürur duyuruq.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Növbəti çıxış üçün söz Mehdiabad qəsəbə Bələdiyyə sədri Vüqar Hüseynova və müavini Tahirə xanım Süleymanovaya verildi. Onlar da öz növbələrində xalqımızın sıx birləşərək cənab Prezidentin ətrafında 44 gün ərzində "Dəmir yumruq" olaraq erməni terrorçularının üzərində şanlı ordumuzun qələbəsindən danışdılar. Hər zaman şəhid və imkansız ailələrinin, qazilərin yanında olmaqlarına, onların problemlərini həll etməkdə yardımçı olduqlarına söz verdilər.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Daha sonra çıxışlar üçün Binəqədi rayon YDDİB-nin sədri Müşfiq Əhmədova, İqtisadi Məsələlər Üzrə müavin Əyyam Şəkərəliyevə, Humanitar Məsələlər Üzrə müavin Xətai Orucova, Beynəlxalq Əlaqələr Üzrə müavin Elşən Zərgərova, qrupun üzvü Musa Binnətova söz verildi. Onlarda həmçinin çıxışlarında ölkə başçısının gördüyü xoşməramlı işlərindən, şəhid, qazi ailələrinə olan qayğı və diqqətindən söz açdılar. Eləcədə bu kimi xeyriyyə tədbirlərinin davamlı olacağını diqqətə çatdırdılar.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Tədbirdə YDDİB-nin Abşeron-Sumqayıt təşkilatının bölgə sədri Almaz xanım Yaşarda çıxış edərək tədbir iştirakçılarına tədbirlə bağlı öz ürək sözlərini dedi. Prezident İlham Əliyevin daxili və xarici siyasətindən danışdı. Rəhbərlik etdiyi təşkilatın daima sıx birləşərək dövlətimizə, xalqımıza dəstək olacağını və eləcədə şəhid ailələrinin, qazilərimizin yanlarında olacaqlarını söylədi. Şəhid atasına minnətdarlığını bildirib, şəhidimizə Allahdan rəhmət dilədi.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

Onu da qeyd edim ki, YDDİB Mehdiabad qəsəbə Bələdiyyə sədri Vüqar Hüseynov və müavini Tahirə xanım Süleymanovanın başçılığı ilə bir neçə şəhid ailəsiylə görüş keçirdi və 28 May-Respublika Günü münasibətilə şəhid Məmmədov Tural Taryer oğlu, Atakişiyev Nurlan Etibar oğlu, Atayev Nicat Habil oğlu, Hacıyev Ramin Nəriman oğlu, Heydərov Qadir Ədalət oğlu, Allahverdiyev Babək Bəxtiyar oğlu və Hüseynov İmaməli Cəlil oğlunun ailələrinə bayram sovqatı verildi.
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

P.S. Sonda məndə fürsətdən istifadə edib, "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından başda YDDİB-nin sədri hörmətli Etibar Qasımovu, 1-ci müavini Şirməmməd müəllimi və Binəqədi rayon təşkilatının bütün əməkdaşlarını 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, tutduqları bu xeyirxah yolda uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

#BizBirlikdəGüclüyük!
YDDİB-nin Binəqədi rayon təşkilatı Abşeron rayon Mehdiabad qəsəbəsində şəhid ailələrini ziyarət etdi

"Qanunyolu.info.az" Təsisçi və baş redakor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter