"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

Bu gün "Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin Abşeron-Sumqayıt təşkilatlarının növbəti regional iclası keçirildi.

Tədbirdə ilk öncə Dövlət Himnimiz səsləndirildi. Sonra isə Birliyin Regeonal sədri Almaz xanım Yaşar bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini dərin ehtiramla anaraq iclası açıq elan etdi. O, çıxış üçün sözü ilk öncə iclasın sədri AJB-nin üzvü, hüquqşünas-şair Qafarov Ədalət müəllimə verdi.

Ədalət müəllim çıxışında Cənab Prezidentimiz İlham Əliyevin gördüyü işlərdən, Onun daxili və xarici siyasətindən, 44 günlük qələbə zəfərindən, birliyimizin təşkilatlanmasından danışdı. O, həmdə öz çıxışında qazilərimizdən, şəhid ailələrindən söz açdı və sonda təşkilatımıza uğurlar arzuladı.
"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

Sonra çıxış üçün söz Abşeron-Sumqayıt təşkilatının YAP-a dəstək üzrə müavini Fərhad müəllimə verildi. O, da hörmətli Ədalət müəllimin sözlərinə dəstək olaraq, ölkəmizdə gedən quruculuqdan, abadlıq işlərindən danışdı. Fərhad müəllim öz nitqində təşkilatın qaynar xətti olmasını da vacib məsələlərdən biri hesab etdi. Fərhad müəllim hətta xəstəxanalarda olan haqsızlıqlardan, çatışmamazlıqlardan da söz açdı. O, da təşkilatımızın bütün üzvülərinə müvəffəqiyyətlər dilədi.

Növbəti söz Aslan müəllimə verildi. O, da öz növbəsində təşkilatın tez bir zamanda təşkilatlanmasından, onun maliyyəsindən söz açdı. Yəni maliyyə olmadıqda işimizdə çətinliklər olmasını məclis iştirakçılarının nəzərinə çatdırdı. O, da çıxışının sonunda "YDDİB" -nə uğurlar arzuladı.

Tədbirdə üzvülərdən Zakir Talıbov və Ənvər Məsud da çıxış edərək öz təkliflərini gündəmə gətirdilər. Onlar da iclasda fikirlərini bildirərək, haqlı iradlar söylədilər və məclis iştirakçılarına işlərində nailiyyətlər arzuladılar.
"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

Məndə iclasın katibi olaraq çıxış edib təşkilatımızın tez bir zamanda birləşərək təşkilatlamasında var gücümüzü sərf edərək Cənab Prezidentimizin ətrafında "Dəmir Yumruq" olub ölkəmizdə olan bəzi çatışmamazlıqları, qazlərimizə, vətəndaşlarımıza, şəhid ailələrimizə qarşı olan haqsızlıqları aradan qaldırmığı diqqətə çatdırdım. Bunun üçündə bizlər sıx birləşməli və Cənab Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, dövlətimizə, millətimizə dəstək olmalıyıq.

Bütün çıxışlardan sonra Birliyin Regeonal sədri Almaz xanım Yaşar iclasda çıxış edərək, tədbir iştirakçılarına fərqli-fərqli çıxışlarına görə öz təşəkkürünü bildirdi və sözü yenidən iclasın sədri hüquqşünas-şair Ədalət müəllimə verdi. Ədalət Qafarov da bütin natiqlərə öz növbəsində minnətdarlığını bildirib iclası bağlı elan etdi və beləliklə də "YDDİB" nin bu günki iclası başa çatdı.
"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

İclasdan sonra tədbir iştirakçıları and yerimiz olan Sumqayıt "Şəhidlər Xiyabanı"nı ziyarət edərək, onların məzarları qarşısında baş əydi. Burada şəhidlərimizin ruhuna dualar oxundu. Bəli bizlər bir təşkilat olaraq bunu etməyə borcluyuq. Çünki 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında olan torpaqlarımızı məhz bu şəhidlərimizin qanı-canı bahasına qələbə çalaraq əldə etdik.
"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından "YDDİB" nin Abşeron-Sumqayıt təşkilatının bütün fədakar əməkdaşlarına gələcək işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Birdə nəzərinizə çatdırmaq istəyirəm ki, hər bir vətəndaşın borcudur ki, Vətən uğrunda canlarını qorxmadan qəhrəmancasına qurban vermiş unudulmaz Şəhidlərimizi ziyarət etsin. Bu bizim şəhidlərimizə olan Milli dəyərimizdir.
"Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi" nin (YDDİB) Abşeron-Sumqayıt təşkilatının növbəti iclası keçirildi

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

#BizBirlikdəGüclüyük!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter