Narkotikin təsiri altında nömrəsiz maşın sürdü - Həbs edildi

  • 05.09.2026, 18:00,
  • Kriminal
  • Baxılıb: 4
Narkotikin təsiri altında nömrəsiz maşın sürdü - Həbs edildi

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Chevrolet” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə idarə edən 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlama zamanı Mustafa Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib.

Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, Mustafa Əfəndiyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mustafa Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter