İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar

İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı müqəddəs Ramazan ayında Aşağı Güzdək qəsəbəsində şəhid Məcidov Səbuhi Ağalətif oğlunun yaşamış olduğu evə gedib.

“Qanunyolu.info.az” xəbər verir ki, İradə Gülməmmədova şəhidin şəkilləri və şəxsi əşyaları olan otağa baxıb.

Səbuhinin qısa həyat yolu ilə yaxından tanış olub. Sonra şəhidin valideynləri və yaxın qohumları ilə görüşüb söhbət edib. Onların qayğı və ehtiyacları ilə maraqlanıb.
İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar

Abşeron rayonunda şəhidlərimizin hər birinin adının küçələrə verilərək əbədiləşdirildiyini qeyd edən başçı həmin küçələrdə adlıq – quruculuq işlərinin aparılığını söyləyib.

Şəhidin atası Ağalətif Məcidov dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldığını bildirərək özünün də müharibə iştirakçısı oluğunu, lakin şəhidlik zirvəsinin oğluna nəsib olduğunu diqqətə çatdırıb.
İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar

Oğlu Səbuhinin də adının küçəyə verildiyini və qəsəbədə parkın salınığını bildirən Ağalətif Məcidov “Bu parkda və eləcə də, bələdiyyə binasının qarşısında oğlumun gül-çiçəyə qərq olunmuş şəklini görəndə qürurlanıram. Düşünürəm ki, oğlum vətənin müdafiəsi uğrunda şəhid olub. Başımızı uca edib” – deyə nitqinə əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter